Bakıda yağış, bəzi ərazilərdə isə qar yağacaq

Sabah Azərbaycanın bəzi ərazilərinə yenidən qar yağacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 3-5, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında martın 3-də fasilələrlə yağış yağacağı, dağlı və dağətəyi rayonlarda sulu qar , qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.