Bakıda yeni ölüm xofu

Havaların soyuması ilə əlaqədar dəm qazı xofu yenidən artmaqda davam edir.
Ötən gün ərzində Bakıda dəm qazından 9 nəfər zəhərlənib.
Zəhərlənmə faktları paytaxtın müxtəlif ərazilərində qeydə alınıb. Dəm qazından zəhərlənənlərin əksəriyyəti azyaşlıdır. Zəhərlənənlər xəstəxanalara yerləşdirilib. Onlardan üçünün vəziyyəti daha ağırdır.
Hadisələrin əksəriyyəti paytaxtdakı həyət evlərində qeydə alınıb.
Qeyd edək ki, havaların soyuq keçməsi səbəbindən dəm qazından zəhərlənmə faktarı artır. Fövqəladə Hallar Nazirliyindən bildirilir ki, hər il qış mövsümünün gəlişilə bağlı qurum tərəfindən müxtəlif maarifləndirmə işləri aparılır. Əhaliyə “mavi yanacaq”dan istifadə ilə bağlı yaddaş kitabçaları paylanır. İctimai yerlərdə plakat şəklində maarifləndirici məlumatlar vurulur. Kütləvi informasiya vasitələrində maarifləndirici reklamlar yayimlanır. Bundan əlavə, nazirliyin əməkdaşları mənzillərdə yoxlamalar həyata keçirirlər.
Bundan başqa sobaların tüstü borularının bayıra çıxışı yoxlanılır. Suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olması yoxlanılır. Soba ilə qızdırıcı sistemlərdə texniki baxışdan keçirilir. Havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar olarsa, dərhal onun aradan qladırılması istiqamətində tədbirlər görülür.