Bakıda zəncirvari qəza: sürücü ön şüşədən yola uçdu

Ümumilikdə 4 “Mercedes” iştirakı ilə baş vermiş qəzada “Daewoo” və “Mitsubishi” də olub

Bakının 9-cu rayon Mircəlal küçəsində 6 minik avtomobilinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, həmin küçə ilə üzü Bakı-Sumqayıt yolu istiqamətində hrəkətdə olan “Daewoo” markalı minik maşını sürücünün idarəetməsindən çıxaraq “Daewoo” maraklı minik maşınını vurub. 

Zərbənin təsiri ilə həri iki avtomobil yolun əks istiqamətinə keçib. Qəzaya səbəb olan “Mercedes” daha sonra yol kənarında dayanmış vəziyyətdə olan başqa bir “Mercedes”ə, həmin maşın isə öz növbəsində eyni markalı digər 2 maşına çırpılıb.

Zərcirvari qəzada ən son pay isə “Mitsubishi” maraklı avtomaşın alıb. Son olaraq “Mitsubishi”yə çirpılan “Daewoo”nun sürücü maşının ön şüşəsindən çıxaraq yola düşüb. “Mitsubishi”nin sürücüsü də xəsarət alanların sırasında olub.

Hər iki sürücü Həşimov Elsevər Fərman oğlu və Əsgərov Elman Çingiz oğlu 1 saylı şəhər kliniki xəstəxanaya aparılıb. 

Qəzanın təfərrüatları Binəqədi polisində araşdırılır. Hadisəyə səbəb kimi “Mercedes”in sürət həddini aşması göstərilir. /