Daxili İşlər Nazirliyi Bakı metrosunda baş verən ölüm hadisəsilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi Bakı metrosunda baş verən ölüm hadisəsilə bağlı məlumat yayıb.
Maide.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, metronun "Koroğlu" stansiyasında 62 yaşlı kişi ölüb.
Araşdırmalar zamanı onun Bakı şəhər sakini Nazim Seyidbəyli olduğu məlum olub. Həm də, o da məlum olub ki, Nazim Seyidbəyli infartktdan ölüb.
Qeyd edək ki, dünən gün səhər saat 08:20 radələrində “Koroğlu” stansiyasında platformada dayanan sərnişinlərdən birinin vəziyyəti qəflətən pisləşib.
Metropolitenin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, vəziyyəti pisləşən şəxs 1953-cü il təvəllüdlü Nazim Ağakərim oğlu Seyidbəyli olub. Dərhal hadisə yerinə təcili yardım çağırılıb. Lakin həkimlər gələnə qədər Nazim Seyidbəyli dünyasını dəyişib.