Bakının iki rayonunun qaz təchizatı məhdudlaşdırılır

Bu gün Bakının Nərimanov və Sabunçu rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Maide.az-a verilən məlumata görə, yeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsi və qaz sızmasının ləğvi ilə əlaqədar martın 3-də saat 10:00-dan 18:00-dək Nərimanov və Sabunçu rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.