Bakı sakini dərmandan zəhərlənib öldü (VİDEO)

Ekspertlər reseptsiz və həkim məsləhəti olmadan dərmandan istifadə etməyi məsləhət görmürlər

Zəhərlənmə faktı ilə xəstəxanaya 148 müraciət edilib.
 
ANS TV-nin məlumatına görə, Bakı şəhər sakini Samir Süleymanov dərmandan zəhərlənərək dünyasını dəyişib. Həkimlərin bütün səylərinə baxmayaraq xəstəxanaya gec çatdırılan şəxsin həyatını qurtarmaq mümkün olmayıb. Klinikadan verilən məlumata görə xəstə ora gətirilənədək ona heç bir ilkin tibbi yardım göstərilməyib. Elə bu səbəbdən də 30 yaşlı şəxsin vəziyyəti ağırlaşıb. Bu cür zəhərlənmə diaqnozu ilə ilin əvvəlindən bu günə kimi ümumlikdə 148 nəfər Toksikalogiya şöbəsinə müraciət edib. Onlardan 46-sı azyaşlılardır. Zəhərlənmələrə səbəb preparatlardan həkim təyinatı olmadan necə gəldi istifadə edilməsidir. Elə ekspertlər də şəxsin özünün məsuliyyətsizliyinin onun həyatı bahasına başa gəldiyini deyir.
 
Ekspert Adil Qeybulla bildirdi ki, dərman peraparatlarına edilən əlavələr elə dozada olmalıdır ki, o xəstələrə toksikoloji təsir etməsin. Ekspert həmçinin reseptsiz və həkim məsləhəti olmadan dərman istifadə etməyi məsləhət görmədi.
 
Bu günə kimi dərman zəhərlənməsindən 2 nəfər dünyasını dəyişib. İynə şəklində bədənə daxil edilən preparatlardan baş verən zəhərlənmə halları da az olmayıb. 
 
Kliniki Tibbi Mərkəzin Taksikalogiya şöbəsinin müdiri Azər Maqsudov allergik reaksiya verən preparatların orqanizmə qəbul edilməsini məqsədəuyğun hesab etmir. Onun sözlərinə görə dərman içdikdən sonra özünü yaxşı hiss etməyən şəxsə mütləq ilkin tibbi yardım göstərilməlidi.
 
Demək ki heç də içdiyimiz bütün dərmanlarla şəfa tapmaq olmur. Odur ki özünüzü eləcə də azyaşlıları bu cür təhlükədən qoruyun. Çünki sağalmaq üçün içdiymiz kiçik bir həb bir ömrü yarıda qoya bilər.