Bakı sakinlərinə dəhşət yaşadan sürücü tutuldu

Avtobusla qəza törədib qaçan sürücü tutulub. 
 
Maide.az-ın Daxili İşlər Nazirliyinə mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Nərimanov rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.
 
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də Asəf Şirinovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən “Daewoo” markalı 82 saylı xətt avtobusunun sürücüsü, Qax rayon sakini Sərxan Eyvazlı olması müəyyən edilib. S.Eyvazlı tutularaq məsuliyyətə cəlb edilib.
 
Qeyd edək ki, oktyabrın 23-də Dərnəgül yolunda 82 saylı sərnişin avtobusu Dərnəgül istiqamətində hərəkət edərkən yolun əks istiqamətinə keçməyə cəhd edib.
 
Bu zaman yolu keçən piyadanı vurub. Piyada avtobusun altında qalıb.
 
Faktla bağlı araşdırmalar aparılır.