Belçikada 100 minlər hökumət əleyhinə küçələrə çıxdı (VİDEO)

Maide.az xəbər verir ki, Belçikada əhalinin etirazları daha kütləvi şəkil alıb. Belə ki, dünənki etirazlara qatılanların sayı artıq 100 mindən çoxdur. Əhalinin etirazları hökumətin pensiya yaşının 67-yə qaldırılmasına, səhiyyə və sosial müdafiə büdcəsinin azaldılmasına və infilyasiya siyasətinə görədir.  
 
Etirazlar zamanı aksiya iştirakçıları ilə polis arasında qarşıdurmanın baş verdiyi və 14 nəfərin yaralandığı bildirilir.