Bir qrup yəhudi Məscidi Əqsaya girdi

Məscidi Əqsa direktoru Kisvani polis nəzarəti altında təxminən 20 nəfərlik yəhudi qrupun Əl-Məğaribə qapısından Əqsanın həyətinə girdiyini bildirib
 
Maide.az xəbər verir ki, Məscidi Əqsa direktoru Ömer Kisvani yəhudilərin girişi zamanı İsrail rejimi polisinin hadisəyə etiraz edən Əqsa əməkdaşlarından iki nəfəri döydüyünü, vəziyyəti ağır olan iki vəzifəlinin xəstəxanaya aparıldığını deyib.
 
Yəhudilərin çıxmasından sonra ötən günlərə nisbətən əqsadakı vəziyyətin hazırda sakit olduğunu bildirən Kisavi, İsrail rejimi polisinin girişlərdə bəzi fələstinlilərin şəxsiyyə vəsiqələrini müsadirə etdiyini deyib.
 
Yəhudilər üçün yeni il kimi qəbul edilən "Roş Aşana" tətilinə görə təxminən 50 yəhudi Kənd Təsərrüfatı naziri Uru Arielin rəhbərliyi ilə bazar günü Məscidi Əqsaya girmiş, onların gəlişinə etiraz edən və içəri girmək istəyən fələstinlilərə sionist əsgərlər səs bombası, gözyaşardıcı qaz və plastik gülləylə müdaxilə etmişdi. Müdaxilə zamanı aralarında qadınların da olduğu çoxlu sayda insan yaralanmışdı.