Bizi xәrçәngdәn qoruyan әdviyyat

Qırmızı istiot әn faydalı әdviyyatlardan biri sayılır.
Bu әdviyyat Avropaya Mәrkәzi Amerikadan gәtirilib. Әvvәllәr qırmızı istiot çox bahalı idi vә yalnız çox kübar insanlar bu әdviyyatdan istfadә edә bilirdilәr. 
Qırmızı istiotun tәrkibindә bir çox faydalı maddәlәr var. Onlardan biri kapsaisin maddәsidir. Bu maddә güclü mikrob vә iltihabәleyhinә tәsirә malikdir. 
 
Qırmızı istiot hәzm proseslәrini asanlaşdırır, mәdә¬bağırsaq sisteminә antiseptik tәsir edir.
Qırmızı istiot maddәlәr mübadilәsini yaxşılaşdırır vә sürәtlәndirir, arıqlamağa kömәk edir. Arıqlamaq vә orqanizmi tәmizlәmәk mәqsәdi ilә bu kimi reseptdәn istifadә etmәk olar: 1 çimdik qırmızı istiot 1 stәkan kefirә әlavә olunur, qarışdırılır içilir. Bu qarışığı hәr gün içmәk olar. 
 
Qırmızı istiotun tәrkibindә olan maddәlәr xәrçәngәleyhinә tәsirә malikdir. Bu sәbәbdәn hәkimlәr әdviyyatı xәnçәngin profilaktikası mәqsәdi ilә istifadә etmәyi tövsiyә edirlәr. 
Qırmızı istiot ağrısızlaşdıran tәsirә malikdir. Qırmızı istiot әsasında hazırlanan plastrlar vә bürünmәlәr müxtәlif ağrılar zamanı ¬ nevralgiya, osteoxondroz, revmatizm, artrit vә s. ¬ geniş istifadә olunur. Qırmizi istiot antioksidant maddәlәrlә zәngindir. Bu maddәlәr orqanizmә cavanlaşdırıcı tәsir edir. 
 
Qırmızı istiot ürәk¬damar vә qan sisteminә müsbәt tәsir edir ¬ damarları tәmizlәyir vә möhkәmlәndirir, qanda xolesterinin sәviyyәsini aşağı salır, qanı duruldur, tromblaşma proseslәrin qarşısını alır. Sübut olunub ki, qırmızı istiot kişilәrdә potensiyanı yaxşılaşdırır. 
 
Qırmızı istiot sellülit әleyhinә kremlәrdә istifadә olunur. Ev şәraitindә qırmızı istiotu kosmetik gillә qarışdırıb çox yaxşı sellülit әleyhinә vasitә hazırlamaq olar. Qırmızı istiotun әsasında maskalar saç tökülmәsi zamanı çox yaxşı kömәk edir ¬ saçların tökülmәsini azaldır, yeni saçların әmәlә gәlmәsini sürәtlәndirir. Bәzi xәstәliklәr zamanı qırmızı istiotun istifadәsi ziyanlı ola bilәr. Bu xüsusilә ciddi mәdә¬bağırsaq sistemi xәstәliklәrinә aiddir. saglamolun/