BMT: ‘Hər 12 dəqiqədə Yəməndə 5 yaşdan kiçik bir uşaq ölür’

Birləşmiş Millətlər Təşkilatının Yəmən üzrə nümayəndəsi Yəməndəki vəziyyət barədə xəbərdarlıq edərək, hər 12 dəqiqədən bir ölkədə 5 yaşına çatmamış uşağın öldüyünü söyləyib.

BMT-nin Yəməndəki İnkişaf Proqramları direktoru Açim Ştayner Yəməndəki humanitar vəziyyətlə bağlı paylaşım edib.

"Hər 12 dəqiqədə Yəməndə beş yaşından kiçik bir uşaq həyatını itirir", - deyə o, "Tvitter" səhifəsində yazıb.

Ştayner bildirib ki, statistika Səudiyyə-ABŞ koalisiyasının Yəmənə təcavüzünün səbəb olduğu humanitar vəziyyəti göstərir.

Beş yaşına çatmamış bu uşaqların əksəriyyəti qida və su çatışmazlığı səbəbindən ölür. /eastnews.org/