Human Rights Watch və Amnesty İnternational da daxil olmaqla 24 qeyri-hökumət təşkilatı (QHT) Birləşmiş Millətlər Təşkilatını (BMT) Səudiyyə Ərəbistanı və Myanma ordusunu yenidən "utanc siyahısına" əlavə etməyə çağırıb.
Maide.Az “dunyabulteni”ə istinadla xəbər verir ki, həmin təşkilat və QHT-lər BMT baş katibinə ünvanladıqları məktubda Səudiyyə Ərəbistanın və Myanmanın adının “utanc siyahısına” daxil edilməsinə çağırış ediblər.
Qeyd olunub ki, dünyanın ən böyük humanitar böhranının yaşandığı Yəməndə ilk növbədə, quruda döyüşlər və hava hücumları nəticəsində 1400-dən çox uşaq ölüb və ya yaralanıb. Məktəblərə azı 20 hücum olub.
Qeyd edək ki, BMT-nin baş katibinin `Uşaqlar Silahlı Münaqişələrdə` adlı illik hesabatında kobud şəkildə qanun pozuntularına yol verən Səudiyyə Ərəbistanının adı çəkilmədiyi üçün insan haqları qrupları qəzəblənib və hesabatı "utanc siyahısı" adlandırıb.
Xatırladaq ki, Səudiyyə rejimi, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında hava, dəniz və qurudan maneə törətməklə Yəmənə qarşı hərbi təcavüzə başladı. Bu günə qədər Səudiyyə rejimi və müttəfiqlərinin Yəməndə başlatdıqları müharibə 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın yaralanmasına və milyonlarla vətəndaşının qaçqın olmasına səbəb oldu.