BMT-nin Yəmən üzrə yeni nümayəndəsi bu ölkə böhranının siyasi həllini vurğulayıb

Maide.az-ın məlumatına görə, BMT-nin Yəmən üzrə yeni nümayəndəsi İsmail Vələd Şeyx Əhməd bütün tərəfləri müzakirə masasına çağırıb. 
 
BMT-nin Yəmən üzrə yeni nümayəndəsi Yəmənə qarşı təcavüzdən 6 həftə sonra və atəşkəsin icrasından bir neçə saat öncə tapşırığını yerinə yetirməyə başlayıb.
 
BMT-nin Yəmən üzrə yeni nümayəndəsi bildirib ki, biz humanitar atəşkəs haqda iki mühüm təklifə malikik: "Əvvəla, şərt olmamalıdır, ikincisi, yardımlar bütün yəmənlilərə çatsın. İnanırıq ki, Yəməndə müzakirə masası arxasına oturmaqdan başqa bir yol yoxdur. Bütün yəmənli tərəflər müzakirə masası arxasına oturmalıdırlar ki, bu məsələ həll olsun."