BMT baş katibi Pan Ki Munun Suriya üzrə xüsusi nümayəndəsi təyin edilib

Maide.az-ın məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Ki Mun rəsmi Dəməşqlə məsləhətləşmələrdən sonra Suriya məsələsi üzrə xüsusi nümayəndəsini təyin edib. Bu vəzifəyə İtaliyanın xarici işlər nazirinin sabiq müavini Staffana de Misturu gətirilib.
 
BMT-nin baş katibi yeni nümayəndənin işlərinin öhdəsindən gələcəyinə inandığını bildirib.
 
Qeyd edək ki,  mayın 31-də istefa vermiş əlcəzairli diplomat Lahdar İbrahimini əvəz edəın Staffan de Mistura 40 ilə yaxın birləşmiş millətlər təşkilatında müxtəlif vəziflərdə çalışıb.O,BMT baş katibinin İraq və Əfqanıstandakı nümayəndəsi kimi də fəaliyyət göstərib.