Bolqarıstanda məscidi yandırmağa cəhd göstəriblər

Bolqarıstanda Osmanlı İmperatorluğu dövründə inşa edilən Xudavəndiyar məscidini yandırmağa cəhd göstəriblər.
 
 Bolqarıstanın Plovdiv şəhərindəki Xudavəndiyar məscidini yenidən yandırmağa cəhd ediblər.
 
Plovdiv Polis İdarəsindən bildiriblər ki, xalq arasında Cümə Məscid kimi də tanınan məscidi hədəf alan təcavüzkarın yandırmağa cəhd göstərdiyi qeyd olunub.
 
Şahidlərin sözlərinə görə, məscidin girişinə benzin tökən təcavüzkar yanğını törətdikdən sonra hadisə yerindən qaçıb.
 
Yanğının məscidin gözətçisi tərəfindən qısa müddətdə söndürüldüyü bildirilir.
 
Təcavüzkar başqa bir yanacaqdoldurma məntəqəsindən benzin almağa çalışarkən polis tərəfindən saxlanılıb.
 
Plovdiv Bölgə Prokurorluğunun sözçüsü Qalina Andreeva adı açıqlanmayan təcavüzkarın "tarixi və mədəni abidəyə və qiymətli əmlaka zərər vermək" ittihamı ilə mühakimə olunacağını söyləyib.
 
Xatırladaq ki, 2005 və 2006-cı illərdə müxtəlif zorakılıq aksiyalarına qoşulduğu üçün 2 dəfə məhkum olunmuş təcavüzkarın 2014-cü ildə də cinsi təcavüzə görə 4,5 il həbs cəzasına məhkum edildiyi məlum olub. 
 
Osmanlı İmperiyası dövründə 1451-ci illər arasında inşa edildiyi güman edilən Xudavəndiyar məscidi son illərdə müxtəlif irqçi hücumların hədəfi olub.