Bosniyada yeni kütləvi məzarlıq tapıldı

Bosniya və Herseqovinanın paytaxtı Saraybosna yaxınlığındakı Haciçidə aşkarlanan kütləvi məzardan beş nəfərə aid cəsəd çıxarılıb.
 
Maide.az xəbər verir ki, Bosniya və Herseqovina İtkin düşmüş İnsanlar İnstitutunin mətbuat sözçüsü Leyla Çengiç açıqlamasında kütləvi məzardan çıxardıqları cəsədlərin kimliyini müəyyən etmək üçün Visoko şəhərindəki ekspertiza mərkəzinə aparıldıqlarını bildirib.
 
Cəsədlərin Bosniyadakı müharibədə (1992-1995) öldürülən boşnaklara aid olduğunu ehtimal etdiklərini deyən Çengiç, kütləvi məzardan çıxarılan beş meyitin ikisinin qadın, üçünün isə kişi cəsədi olduğunu deyib.
 
Bosniya və Herseqovina Məhkəməsinin əmri ilə Bosniya və Herseqovina Prokurorluğunun himayəsi altında aparılan qazıntı işlərinə sabah da davam ediləcəyini deyən Çengiç həm maşınlar, həm də əllə aparılacaq qazıntıların daha sonra sözügedən bölgədə daha çox cəsəd olub olmadığı haqqında daha dəqiq məlumat verəcəklərini söyləyib.