Brazilya xalqının Fələstinə dəstək marafonu- FOTO

Dünyanın 32 ölkəsində o cümlədən Brazilyada  Fələstin məzlum xalqına dəstək məqsədi ilə  “Fələstinə xatir qaçın” adlı marafon keçirilib.
 
Maide.Az xəbər verir ki, marafon Brazilyanın Foz do Iguacu şəhərində  şəhər rəhbərliyi, hüquq müəssisə işçiləri, təşkilatlar və mədəni fəalların iştirakı ilə keçirilib. 
 
Fələstinin Brazilyadakı səfiri İbrahim Əl-Zeyn marafondan öncə çıxış edərək Brazilya xalqına təşəkkür edib və bildirib:  Fələstin xalqı sülh, ədalət və müstəqil dövləti təşkilinə çatmaq üçün  öz ədalətli mübarizəsini davam etdirəcək. 
 
Qeyd edək ki,  “Fələstinə xatir qaçın” adlı marafon dünyanın 32 ölkəsində keçirilib və qaliblərə  hədiyyələr təqdim olunub.