Buddistlər müsəlmanlara qarşı birləşdilər

Myanmarda yaşayan müsəlman xalqa qarşı təzyiqlərə dəstək verən Buddist rahib Aşin Virathu bu məqsəd uğrunda Şri Lankadakı oxşar qruplarla əməkdaşlıq edəcəklərini deyib. 
 
Maide.az-ın məlumatına görə, 2012-ci ildən bəri Şri Lankada yaşayan və ölkə əhalisinin 10 faizini təşkil edən müsəlman azlığa qarşı təzyiqlər bu gün də davam edir və getdikcə artır.
 
Aşin Virathunun lideri olduğı "969" hərəkatının həyata keçirdiyi İslam əleyhinə kampaniyanın ölkədəki hadisələri qızışdırdığı bildirilir. 
 
Qeyd edək ki, 2012-ci ildən bəri Myanmarda 240 müsəlman öldürülüb. Buddist rahib Aşin Virathu isə həyata keçirdiyi siyasətə görə "Buddist Bin Laden" kimi tanınır.