Buenos-ayres metrosunda Əndəlüs sənəti - FOTO

Argentinanın paytaxtı Buenos-ayresdəki "Independencia" metro dayanacağında İspaniyadakı Əlhamra Sarayı ilə eyniləşən "Allahdan başqa qalib yoxdur" (La Qalibə İlləllah) şüarının da yer aldığı Əndəlüs irsi hesab edilən İslami motivlərlə bəzədilmiş divar bəzəkləri görənlərin diqqətini çəkir.
 
Maide.az xəbər verir ki, şəhərdəki altı metro xəttində fərqli mövzularda bəzəmələr istifadə edilib. 1935-ci ildə inşa edilən "C" xəttindəki metro stansiyalarının divarlarında İspaniyanın müxtəlif bölgələrindən mənzərələr var.
 
"Independencia" dayanacağındakı bədii əsərlərin memar Martin S.Milad və mühəndis Manuel Escasany tərəfindən düzəldildiyi məlum olsa da, dayanacaqdakı divar bəzəkləri və dekorasiyada əsl səlahiyyətli şəxsin ispan mühəndis Don Rafael Benjumea Buran olduğu bildirilir.
 
İspaniyanın Əndəlüs muxtar bölgəsindəki Seviliya şəhərində anadan olan Burinin, şəhərdə İslami dövrdən qalan estetik irsdən və xüsusilə çini sənətindən təsirləndiyi deyilir.