Bu gün bu elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılacaq

Noyabrın 19-da səhər saatlarından 16:30-dək Bakı-Sabunçu, Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılacaq.
 
Bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat katibliyi şöbəsindən bildirilib.
 
Sərnişinlərdən alternativ ictimai nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur.