Bu il Azərbaycanda 126 nəfər dərmandan, 27 nəfər sirkədən zəhərlənib

“Yanvar ayından bugünədək dərman zəhərlənməsi ilə bağlı 126 nəfər müraciət edib, ölüm faktı qeydə alınmayıb".
 
Maide.Az bildirir ki, bu barədə APA-ya Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov məlumaat verib.
 
Onun sözlərinə görə, bu il ərzində 27 nəfər sirkə turşusundan zəhərlənib. Onlardan 3-ü dünyasını dəyişib.
 
Aprel ayından sentyabrın 1-nə qədər ilan sancması ilə bağlı 71 xəstə müraciət edib. Onlardan da 8-i uşaq olub.