Bu ölkə iki cəbhədə savaşa bilməz - BMT

Yəmən eyni anda iki cəbhədə savaşa bilməz.
 
Maide.Az "Axar.az"a istinadla xəbər verir ki, bu sözləri BMT-nin Humanitar məsələlər üzrə katibi Martin Qriffiz deyib.
 
O bildirib ki, bu ölkə həm pandemiya, həm də dağıdıcı müharibə ilə bacara bilməz:
 
“Müharibəyə son qoyub, bütün diqqətimizi yeni təhlükəyə, pandemiyaya yönəltməliyik”.