Cəlilabad rayonunda yanğın olub.
Maide.Az "Report"a istinadla xəbər verir ki, hadisə rayonunun Cəfərli kəndində, orta məktəb binasında baş verib.
Nəticədə ümumi sahəsi 170 m² olan birmərtəbəli, dördotaqlı orta məktəb binasının iki otağının və dəhlizinin yanar konstruksiyaları 96 m² sahədə yanıb.
Yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.