Londonun Silah Elmi-Araşdırma Mərkəzi “Peşmərgə”-nin İŞİD terror təşkılatından ələ keçirdiyi silahları araşdırarkən belə bir bəyanat veriblər ki, İŞİD-in ixtiyarında olan tank əleyhinə raketlər Səudiyyə Ərəbistanın Suriyada Bəşşar Əsədə qarşı döyüşən “Ən-Nüsra”-ya verdiyi raketlərlə eynidir.
Həmçinin Ərəbistanın “TOW” raketləri də İŞİD-in ixtiyarındadır. Qeyd edək ki, 2013-ci ildə Səudiyyə Ərəbistan bu raketləri “Suriya Azad Ordusu”-na vermişdir.
İŞİD-in ən əsas silahı isə Səudiyyə Ərəbistanın tank əleyhinə olan 90 ml “Osas” raketlədir.
Mart ayında ABŞ “Suriya Azad Ordusu”-na “TOW” raketlərinin istifadəsinə lesenziya verib. Lakin Ərəbistan lensenziyadan qabaq da onları bu silahla təmin edirdi.
İŞİD İraq və Suriya ordusundan oğurladığı silahlara da malikdir.
Həmçinin Silah Elmi-araşdırma Mərkəzinin bu siyahısında bildirilir ki, İŞİD-in ixtiyarında Yuqoslaviya, Xorvatiya və Çindən gələn atıcı silahlar da mövcuddur.