İŞİD-in irəliləməsi yavaşladı

Maide.az xəbər verir ki, təxminən 2 aydır Kobaniyi mühasirəyə alan və regiondakı 300-dən artıq kəndə nəzarəti ələ keçirən terror təşkilatı ilə kürd qrupları arasında döyüşlər davam edir. ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin hava hücumları və peşmərgə qüvvələrinin Kobaniyə keçməsi İŞİD-in isrəliləməsini dayandırıb. Hazırda rayonun şərq hissəsində davam edən münaqişələrdə tərəflər bir-birilərinə ağır silahlarla hücum edir.
 
Prosesləri Suriya sərhədindəki Suruç rayonundan və müharibə zonasından izləyən Türkiyənin "Anadolu" agentliyi İŞİD ilə kürd qruplarının döyüşünü lentə alıb.