Dərmandan zəhərlənən Bakı sakini xəstəxanada dünyasını dəyişib

Dərmandan zəhərlənən Bakı sakini xəstəxanada dünyasını dəyişib. 
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumata görə, hadisə avqustun 23-də baş verib.
 
Belə ki, Bakı sakini Lətif Nəbiyev dərmandan zəhərlənib. O, ağır vəziyyətdə xəstəxanaya gətirilib.
 
Həkimlərin səyinə baxmayaraq, xəstə avqustun 24-də orada ölüb.
 
Faktla bağlı araşdırma aparılır.