İslam Peyğəmbəri (s) buyurmuşdur:
ثَلاَثٌ تَخْرُقُ الْحُجُبَ وَ تَنْتَهِي إِلَيٰ مَا بَيْنَ يَدَيِ اللهِ: صَرِيْرُ أَقْلَامِ الْعُلَمَاءِ وَ وَطْيُ أَقْدَامِ الْمُجَاهِدِينَ وَ صَوْتُ مَغَازِلِ الْمُحْصَنَاتِ
“Üç xislət maneələri aşaraq Allah dərgahına çatar:
1. Alimlərin qələmlərinin hərəkətindən yaranan səs;
2. Döyüş meydanlarında mübariz əsgərlərin addımlarının səsi;
3. İffətli qadınların ip əyirən cəhrəsinin sədası”.
(“Əş-şəhab fil-hökmi vəl-adab,” səh.22).
Qısa izah
Necə də dolğun! Üç səs var ki, varlığın dərinliyinə nüfuz edir və əks-sədası Allahın əzəmətli ərşinə qədər yüksələrək Onun dərgahına çatır: Asta və qısa olmasına rəğmən, qələmin səsi; mücahidlərin addımlarının səsi; imanlı qadınların ipəyirən maşınlarının səsi.
Həqiqətdə də, şərəfli insan cəmiyyətinin təməl və bünövrəsini, məhz, elm, mübarizə və əmək adlı üç amil təşkil edir.
Hazırladı: Maide.az – Maarif bölməsi