Daha bir fələstinli gənc şəhid olub

Ötən gün Qüdsdə fələstinli bir gənc işğalçı İsrail rejim əsgərləri tərəfindən güllənərək şəhid olunub. 
 
Maide.Az Ria Novostiya istinadən xəbər verir ki, İsrail mətbuatı iddia edir ki, bu gənc işğalçı rejimin  iki polisini bıçaqlayıb. "Bıçaqla silahlanmış fələstinli gənc Qüdsün tarixi mərkəzində İsrail rejiminin iki polisinin yaralayıb. Polis atəş açaraq fələstinli gənci öldürüb. Bu barədə hüquq mühafizə orqanları məlumat yayıb."
 
Qeyd edək ki, İsrail polisinin əl-Əqsa məscidinə intensiv basqını, işğal edilmiş ərazilərdə qanunsuz qəsəbələrin salınmasının davam etdirilməsi, fələstinli gənclərin intensiv həbsləri oktyabr ayında üçüncü “İntifada” hərəkatının başlanmasına səbəb olub. İşğalçı qüvvələr iddia edir ki, fələstinlilər bıçaqla və maşınlarla İsrail vətəndaşlarına hücuma keçiblər. İşğalçı rejim mətbuatının məlumatına görə, işğalçı rejim və fələstinlilər arasında baş vermiş  insidentlər nəticəsində  indiyədək 40 israilli öldürülüb.