Dağıstanda ixtira olunan bu səccadələrin üzərində sensorlar quraşdırılıb və namaz hərəkətlərində səhv edərkən həmin sensorlar namaz qılan şəxsə xəbərdarlıq edir.
Maide.az-ın məlumatına görə, namaz hərəkətlərinin ardıcıllığında və rükətlərin sayında namaz qılan şəxs səhv edərsə səccadədəki sensorlar titrəyiş yaradır və namaz qılan şəxsə səhv etdiyini xəbər verir.
Smart səccadəni ixtira edən şəxslər öz ixtiralarını Rusiyada qeydiyyata almaq və daha sonra həmin səccadələrin beynəlxalq satışını həyata keçirmək istəyirlər. /