Zimbabvenin sabiq prezidenti Robert Muqabe 95 yaşında vəfat edib.
Maide.az “Posta”ya istinadən xəbər verir ki, o, bir müddətdir Sinqapurda müalicə alsa da, xəstəliyə qalib gələ bilməyib.
Xatırladaq ki, Muqabe 2017-ci ildə hərbi inqilab nəticəsində 30 illik hakimiyyətini tərk etməyə məcbur qalmışdı.