Diplomat: ABŞ-ın əsas məqsədi Suriyanın sərvətlərinə yiyələnməkdir

"ABŞ-ın Suriya və İraqda daxili münaqişəni formalaşdırmaq və bölgəyə əsgər yeritməyində əsas hədəfi təbii sərvətlərə sahib çıxmaqdır".
 
Maide.Az xəbər verir ki, bunu Presstv-ə açıqlamasında Amerikalı diplomat J. Michael Springmann deyib. 
 
O bildirib ki,  2011-ci ildən başlayaraq  Suriyada İŞİD terrorçularına qarşı guya əməliyyat keçirmək adıyla hərbi hissələr quran ABŞ ölkənin neft və qaz yataqlarına sahiblənmək istəyir. 
 
"Hazırda ABŞ prezidenti Co Baydenin  göstərişi ilə  İraqda olan mövcud hərbi qüvvələr Suriyaya köçürülür.  Bununla da regionda yeni münaqişə ocaqları yaratmaqla zəngin yataqları qəsb etməyə nail olmağa çalışır". 
 
Diplomat bildirib ki, ABŞ-ın digər məqsədi İsrail rejiminin qəsb olunmuş təbii sərvətlərdən istifadəsini təmin etmkdir. 
 
Qeyd edək ki, J. Michael Springmann uzun müddət Səudiyyə Ərəbistanında diplomatik fəaliyyət göstərib.