İdmandan sonra buraxdığımız 6 səhv

İnsan idman etdikdən sonra da səmərəli fəaliyyətlə məşğul olmalıdır ki , onun müsbət təsirləri daha yaxşı bədənə çatsın. Bu yazıda biz idmandan sonra buraxdığımız 6 səhv haqqında danışırıq. Bizimlə qalın.
Maide.az-ın məlumatına görə, idman və düzgün fiziki hərəkətlər sağlam həyatın rəhnidir. Hətta adi gəzinti və pillələrdən istifadə etmək belə fiziki effektivliyi artırır və sağlamlıq üçün faydalıdır (bir şərtlə ki diz ağrınız olmasın). Sizin fəal olmanız və idmanla məşğul olmağınız əladır. Lakin problem burdadır ki, insanların bir çoxu idmanın müsbət təsirini azaldan vərdişlər barədə kifayət qədər məlumatlı deyillər.
Binici səhv: Heç bir şey yeməmək
İnsanların çoxu düşünür ki, idmandan sonra heç bir şey yemək olmaz, çünki idman vaxtı yandırılan piylərin yenidən yaranmasından, yəni kökəlməkdən ehtiyatlanırlar. Ancaq reallıq budur ki, idmandan sonra yeməmək əvəzinə, qəbul edilən qida maddələrinin keyfiyyətinə və kəmiyyətinə nəzarət etmək və yaxşılaşdırmaq daha faydalıdır.
İdmandan bir neçə saat yemək yeməniz vacib deyil. Proteinləri, karbohidratlari və ya yağlı yeməkləri yeməzdən maksimum 30 dəqiqə əvvəl kifayət edər. Bu qida maddələrinin qəbulu bədənin bərpasına və yeni enerjinin əldə edilməsiə yardım edir. İnsanların təsəvvürlərinin əksinə olaraq, idman məşğələsi ilə qida qəbulu arasında xeyli fasilə saxlamaq piy yığılması, əzələ əriməsi və həddən artıq kortizol yaranmasından irəli gələn stressi artırır.
Bundan əlavə, idmandan yarım saat sonra salat, mərci və s. kimi  düzgün qidalar yemək bədənin öz hüceyrələrini bərpa etmək üçün lazımi glikogeni əldə etməsinə səbəb olur.
Səhv- 2: Kifayət qədər su içməmək
Həmişə yadda saxlayın ki, idman vaxtı və ondan sonra su içmək çox əhəmiyyətlidir. Lakin idman zalında və ya özləri idman edən bir çox insanlar lazımi qədər su içmirlər, və ya onun əvəzinə sərinləşdirici içkilər, enerji içkiləri və ya şəkərli içkilərdən istifadə edirlər. Ümumi yayılmış səhvlərdən daha biri budur ki, insanlar düşünürlər ki çoxlu su içmək daha çox tərləməyə səbəb olur. Amma bilməlisiniz ki, tərləmək sizin qəbul etdiyiniz suyun miqdarı ilə birbaşa əlaqəsi yoxdur. Tərləmə prosesi, bədənin öz temperaturunu tənzimləmək üçün təbii reaksiyasıdır. Gündəlik 6-8 stəkan su içmək bədəni nəm saxlayır və fiziki əməyi kompensasiya etmək üçün zəmin hazırlayır.
Səhv- 3: Enerjili içkilər qəbul etmək
Enerji içkilərini idmançılara məxsus içkilərlə səhv salmaq olmaz. Bu səhv geniş yayılıb, yəni insanlar idmançılara məxsus içkilər əvəzinə enerji içkiləri qəbul edir və kifayət qədər məlumat əldə edənədək, öz sağlamlıqlarına ciddi zərbə vururlar. Enerjili içkilərin tərkibində kafein, jenşen və ya turin kimi stimullaşdırıcı maddələr var ki, həyəcan və qəzəbə və daha ciddi hallarda, ürək xəstəliklərinə səbəb olur. İdman içkiləri ağır idman növləri ilə məşğul olarkən mineral maddələrin və bədənin elektrolitlərinin artmasına gətirib çıxarır. Bununla belə, bu içkilər müntəzəm qaydada qəbul edilməməlidir, çünki tərkibində şəkər və qatqı maddələri var. Təbii ananas şirəsi ən faydalı idman içkisidir, çünki bədən üçün zərərli maddələri özündə daşımır.
Səhv-4: Ağır yeməklər yemək
Idmandan bir neçə saat sonraya qədər yeməkdən imtina edənlərin əksinə olaraq, bəzi isə ağır yeməklər yeməyə başlayırlar. Yəni idman məşğələsi bitəndən və evə qayıtdıqdan dərhal sonra qırmızı ət, ağ undan hazırlanmış çörəklər, şokolat, pitza, yağlı süd məhsulları və s. yeməyə başlayırlar. Bu qidda maddələri yağlı olmaqdan əlavə, idmandan sonra fəallaşan maddələr mübadiləsi zamanı da pozuntular yaradır. Bilməlisiniz ki, həmin qida maddələrinin bir çoxu qanda şəkərin artmasına və birbaşa çəkiyə təsir göstərir. Bundan əlavə, arıqlama prosesini çətinləşdirir.
Səhv- 5: Yatmamaq
Gecə boyu bədən fürsətdən istifadə edərək, beyin və fiziki toxumaların canlandırmasını həyata keçirir. Lakin bir çox insanlar belə bir mühüm fakta laqeyd yanaşır və istirahət üçün küfayət qədər vaxt ayırmırlar. Bu da, əzələlərin lazımi qədər istirahət etməməsinə və bərpa edilməməsinə səbəb olur. Bizim bədənimiz idman vaxtı itirilmiş qida və enerji maddələrini yenidən bərpa etmək üçün 7-8 saat fasiləsiz yuxuya ehtiyacı var. Nəticədə, idmandan sonra kifayət qədər istirahət etməyi unutmayın.
Səhv- 6: Dərhal duş qəbul etmək
Gigiyenaya və təmizliyə riyat etmək yaxşıdır- lakin idman məşğələsi bitdikdən dərhal sonra duş qəbul etmək o qədər də insana faydalı deyil. Yaxşı olar ki, idmandan təxminən 1-2 saat sonra duş qəbul etməyiniz daha yaxşıdır. İdmandan sonra bədənin temperaturu yüksəlir və 38-39.5 dərəcədə dəyişir. Əgər idmandan dərhal sonra soyuq duş qəbul etsəniz, qan dövranında və ya qan təzyiqinizdə problem yaranma ehtimalı çoxdur./