Dünən Ermənistan 6 şəhərimizə 498 mərmi atıb - Hikmət Hacıyev

Ermənistanın Azərbaycanlı mülki vətəndaşlara qarşı Müharibə Cinayətləri davam edir.

 
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.
 
Hikmət Hacıyev bildirib ki, 20 oktyabrda 6 şəhərə 498 mərmi, 4 raket və 3 dron hücumu olub:
 
Tərtər - 423 mərmi
 
Ağdam - 49 mərmi
 
Ağcabədi - 24 mərmi
 
Goranboy - 2 mərmi
 
Naftalan/Goranboy - "Smerch" raketləri.
 
Tərtərdə 2 mülki şəhid olub, biri yaralanıb