İŞİD növbəni xristianlara çatdıranda ABŞ narahat oldu

ABŞ rəsmisi: `Terror təşkilatı İŞİD-in zülmünü ən qüvvətli şəkildə qınayırıq”

"İŞİD-in Mosuldakı xristianlara qarşı ya dinlərini dəyişdirəcəkləri, vergi ödəyəcəkləri, ölkəni tərk edəcəkləri, ya da edam ediləcəkləri ilə bağlı son açıqlamasından qəzəbləndik. Həmçinin Mosuldakı xristian evlərinin üzərlərinə xristianları alçaldıcı ifadələrin yazıldığına dair fotoşəkilləri də gördük.

Bu mənfur hərəkətlər İŞİD-in İraqı bölmək və yox etmək missiyasını bir daha ortaya qoyur və İslam dininin xoşməramlı və sülh içində bir yerdə yaşamaq ruhuna əksdir."

FaktXəbər-in məlumatına görə, belə bir açıqlamanı ABŞ Dövlət Departamentinin sözcüsü Jen Psaki. 

Psaki açıqlamasında İŞİD-in yalnız İraqın sabitliyinə deyil, bütün bölgəyə təhdid yaratdığını vurğulayaraq, "bu artan təhdid müxtəlif millətlərə və təriqətlərə mənsub iraqlıların ortaq düşmənə qarşı mübarizə aparmaq üçün birlikdə çalışması və bu terror qruplarını əhalidən uzaqlaşdırmaq üçün mümkün olan hər addımı atması ehtiyacını göstərir", - deyir.

Qeyd edək ki, Pskanin belə bir açıqlama verməyinə səbəb İŞİD terrorçularının İraqda yaşayan xristianları hədələməsidir. İŞİD terrorçuları xristianları hədələyərək, onlar qarşısında bir neçə şərt qoyublar: ya dinlərini dəyişəcək, vergi ödəyəcək, ölkədən çıxacaqlar, ya da edam olunacaqlar.

Maraqlıdır ki, uzun müddətdir Suriya və İraqda terror əsdirən, özlərinə xilafət quran İŞİD terrorçularına qarşı ABŞ indiyə kimi niyə mübarizə açıqlaması vermirdi? Məgər təhdid altında olan milyonlarla müsəlmanlar xristianlarla eyni hüquqa malik deyillərmi?