İŞİD parçalandı: Rəqqa lideri özünü xəlifə elan etdi

İslamazeri.az-ın “Shafaqna”-ya istinadən verdiyi xəbərə görə, İŞİD terror təşkilatının Suriyanın Rəqqa şəhərindəki lideri özünü xəlifə elan edib.
 
Rəqqa lideri Əbu Loğman Əbu Bəkr Əl-Bağdadinin xəlifəliyini qəbul etmədiyini elan edib və özünü xəlifə elan edib. Üç min İŞİD terrorçusu ona beyət ediblər.
 
Bu barədə Rəqqadakı terrorçulara məxsus “twitter” hesablarında bəyanat dərc edilib.