İŞİD Qəzzada şiəlik əleyhinə kitab paylatdırdı

İŞİD-in tabeçiliyində olan bir terror qrupu Qəzzada şiəlik əleyhinə yazılmış kitabı paylayıb.
 
Maide.az xəbər verir ki, İŞİD-ə bağlı "Ənsaruş-Şəria Beytul-Mukaddas" adlı terror təşkilatı "Əbu Munziə Şunkayti"nin yazdığı "Şiələrə qarşı döyüşmək müsəlmanlara vacibdir" adlı kitabı paylayıb.
 
Bu təşkilat İŞİD-in loqosu əks olunmuş 10 min ədəd  kitab payladıb. Həmçinin İŞİD inanclarını öyrədən bir çox CD və broşura da kitaba əlavə edilib.