`İŞİD` terrorçuları beş İran azərbaycanlısının başını kəsib

"Səhər tv"nin məlumatına görə, "İŞİD" terrorçuları beş nəfər parsabadlı sürücünün başını kəsib. Parsabaddan əldə edilən məlumatda bildirilir ki, son günlərdə İraqın şimalına yük aparan maşın sürücüləri və onların köməkçiləri olan beş nəfərin ( 2 nəfər parsabadlı, 2 nəfər əslanduzlu və 1 nəfər biləsuvarlı) cənazəsi İraqın şimalından gətirilib. 
Həmin şəsxlərlə birlikdə olanlardan yalnız bir nəfəri qurtula bilib. 
 
Onun dediyinə görə, İraqın şimalında "İŞİD" terrorçularına tuş gələn yük maşının sürücüləri özlərini sünni kimi təqdim etsələr də, terrorçular onlara inanmayıb, başlarını kəsiblər.
 
Ölənlərin İraqın şimalına yük aparmaq üçün qanuni icazələri olmadığına görə, onların ailələri bu barədə danışmaqdan çəkinirlər.