Ebolaya çarə tapıldı!

Ümumdünya Səhiyyə Təşkilatı son dövrlərin ən dəhşətli virusu olan Ebolanın müalicəsi üçün yeni üsulunu açıqlayıb. Açıqlamada bildirilir ki, Liberiyada tibb mütəxəssisləri iki həkim və bir tibb bacısı üzərində “ZMapp” adlı yeni istehsal edilən eksperimental dərmanı təcrübədən keçiriblər. Nəticədə bir həkim və tibb bacısının vəziyyəti xeyli, digər həkimin vəziyyəti qismən yaxşılaşıb. Dərmanın məhdud sayda olduğunu açıqlayan firma virusun müalicəsində “ZMapp”ın ən yaxşı vasitə olduğunu bildirib: “Lakin hazırda resurs məhdud saydadır”. Məlumat üçün bildirək ki, ÜST virusla bağlı fövqəladə vəziyyət elan edərək, onun müalicəsində eksperimental dərmanlardan istifadənin düzgün olduğunu açıqlayıb. Qeyd edək ki, Ebola virusuna tutulanların ölüm riski yüksəkdir. Virus keçici olduğundan bu günə qədər Ebola ona tutulanların yaxınları və təmasda olduqları insanlar arasında geniş yayılıb. Xatırladaq ki, Ebola virusu daha çox Liberiya, Qvineya və digər ölkələrdə geniş yayılıb. Təxminən 1 milyon insan bu virusdan əziyyət çəkir.