Ekranın uzun müddət istifadəsi gözlərdə allergik simptomları artırır

Türk Oftalmologiya Dərnəyinin (TOD) verdiyi açıqlamada bildirilir ki, karantin dövründə evdə qalan insanlar ekran qarşısında daha çox vaxt keçirir və bu da gözlərdə qaşınma və qızartıya səbəb olur.
 
Maide.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Dr.Mehmet Orhan bu dövrdə bahar alergiyası və koronavirus tədbirlərinin artması səbəbiylə gözlərin evdə ekran və kompüterdən uzun müddət istifadəsindən əziyyət çəkdiyini bildirir.
 
Qaşıntı, qızartı, sulanma və yanmanın baharda allergiyanın təsiri ilə meydana gələn mövsümi hal olduğunu söyləyən Orhan, "ancaq bu, evdə vaxt keçirməli olduğumuz dövrdə həmişəkindən daha çox artır. Bu cür qaşınma, sulanma və göynəmələr allergiyanın əsas əlamətidir və infeksiya ilə heç bir əlaqəsi yoxdur", - xəbərdalığını edib.
 
Uzun müddət ekrana baxmağın və mobil telefonu uzun müddət istifadə etməyin gözlərdəki qşınma, qızartı, quruluq və yorğunluq hissini artırdığını deyən Orhan, uzun müddət yaxına baxmağın bu yorğunluq şikayətlərinin daha da artmasına səbəb olduğunu söyləyir.
 
Orhan allergiyanın ən vacib nöqtəsinin gözləri oxuşdurmamaq olduğunu və uzun müddət ovuşdurmağın göz qişası təbəqəsində incəlməyə, bulanıq görmə və astiqmatizmə səbəb ola biləcəyini bildirib.
 
Günəş eynəyi, əl və üzü tez-tez yumaq, allergiya dərmanları və damcılardan istifadə allergiya üçün qoruyucu olduğunu bildirən Orhan, fikrini belə davam etdirib:
 
"Gözlərin quruması və qaşınma problemlərinə otağn havasının quru olması, göz qırpma refleksinin azalması, kondisionerli mühit, az su istehlakı, makiyaj və uzunmüddətli kontakt linzalar istifadə olunması, eyni zamanda yaxın məsafədən ektran istifadə edilməsidir. Bol su içmək, ətrafdakı rütubəti tənzimləmək, müntəzəm göz qırpma refleksi, süni göz yaşı damcıları və təmas linzalarından düzgün istifadə prosesin düzəldilməsinə yardımçı olur."
 
Dr.Mehmet Orhan xüsusən kompüter və ya telefon ekranlarına uzun müddət baxılma hallarında bir müddət uzaqlaşaraq başqa bir nöqtəyə diqqət cəmləmək, hər 20 və ya 30 dəqiqədə bir fasilə verməyi məsləhət bilir: "Bu, göz yorğunluğunu azaltmaq və gözü rahatlaşdırmaq baxımından əhəmiyyətlidir."