Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında qrup mərhələsinə start verilib. İki gün davam edəcək qarşılaşmaların ilk oyunlarda isə azarkeşlər yalnız 16 matç izləyə bilib.
Bu görüşlərdən ən maraqlısı D qrupunda baş tutub. Burada qardaş ölkə Türkiyənin “Qalatasaray” klubu doğma publika önündə Belçika “Anderlext”ini qonaq edib. “Cim-Bom” start oyunda qələbə qazana bilməyib. Hesabda geri olan istanbullular əlavə edilmiş 1-ci dəqiqədə məğlubiyyətdən xilas olub - 1:1..
Bu qrupun əsas favoritləri Dortmund “Borussiya”sı ilə İngiltərə “Arsenal”ı Almaniyada münasibətlərinə aydınlıq gətirib. Görüşdə ev sahibləri rəqibinə heç bir şans verməyib. Hər hissədə bir dəfə "topçular"ı cəzalandıran Jurgen Klopun yetirmələri 3 xal qazanmağı bacarıb.
Gecənin ən bol qollu oyunu isə Madriddə baş tutub. "Bazeli" qəbul edən "Real" rəqibi meydana çıxmağa peşman edib - 5:1.
Digər matçlarda isə “Olimpiakos” “Atletiko”nu 3:2, “Yuventus” “Malmö”nü 2:0, “Liverpul” “Ludoqorets”i 2:1, “Zenit" “Benfika” 2:0 və "Monako” "Bayer”i 1:0 hesabı ilə üstələyib.
Çempionlar Liqası
I tur
16 sentyabr
A qrupu
“Olimpiakos” (Yunanıstan) – “Atletiko” (İspaniya) - 3:2
Qollar: Masuaku, 13, Afellay, 31, Mitroğlu, 73 - Mandzukiç, 38, Qriezmann, 87
“Yuventus” (İtaliya) – “Malmö” (İsveç) - 2:0
Qollar: Teves, 59; 90
B qrupu
“Real” (İspaniya) – “Bazel” (İsveçrə) - 5:1
Qollar: Suki, 14-avtoqol, Beyl, 30, Ronaldo, 31, Xames, 37, Benzema, 80 - Qonzales, 38
“Liverpul” (İngiltərə) – “Ludoqorets” (Bolqarıstan) - 2:1
Qollar: Balotelli, 82, Cerrard, 90+3 - Abalo, 90+1
C qrupu
“Benfika” (Portuqaliya) – “Zenit” (Rusiya) - 0:2
Qollar: Hulk, 5, Vitsel, 22
“Monako” (Fransa) – Bayer” (Almaniya) - 1:0
Qol: Moutino, 61
D qrupu
“Borussiya” (Dortmund, Almaniya) – “Arsenal” (İngiltərə) - 2:0
Qollar: İmmobile, 45, Aubameyanq, 48
“Qalatasaray” (Türkiyə) – “Anderlext” (Belçika) - 1:1
Qollar: Burak, 90+1 - Praet, 53