Ermənistanda ərzaq məhsulları sürətlə bahalaşır

 Ermənistanda ərzaq məhsulları sürətlə bahalaşmağa başlayıb.
 
Bunu Ermənistanın baş naziri Ovik Abramyan Nazirlər Kabinetinin bugünkü iclasında bildirib.
 
O, iqtisadi rəqabətin qorunması üzrə komissiyasının sədri Artak Şabonyana tapşırıb ki, onu kütləvi istehlak mallarının qiymətlərinə dair gündəlik məlumatlarla təmin etsin.
 
“Dünən şəkər, un və bir sıra digər vacib məhsulların qiymətlərində ciddi bahalaşma olub. Əsassız qiymət bahalaşması yolverilməzdir”, - deyən O.Abramyan əlavə edib ki, valyuta bazarındakı dəyişikliklər ölkə iqtisadiyyatına təsir göstərib.