Ermənistan SQ-nin açdığı artilleriya atəşi Daşkəsəndə meşə yanğınına səbəb olub

“Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozub və Azərbaycanın Daşkəsən rayonuna hücum edib”. Bu barədə Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev öz Twitter hesabında yazıb.

 
O qeyd edib ki, nəticədə meşə yanğını baş verib.
 
Hacıyevin sözlərinə görə, yanğının söndürülməsi və Ermənistanın törətdiyi ekoloji terror aktının vurduğu ziyanın minimuma endirilməsi məqsədilə rayonda FHN qüvvələri işləyir.
 
“Xoşbəxtlikdən, əhali arasında tələfat olmayıb”, deyə prezidentin köməkçisi qeyd edib.