ETSN: Badamdardakı sürüşmə sahəsində aktivlik müşahidə olunur - YENİLƏNİB

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Səbail rayonunun Badamdar qəsəbəsində baş veriən sürüşmə ilə bağlı məlumat yayıb.
 
Maide.Az bildiri rki, bu barədə Trend-ə açıqlamasında Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.
 
Onun sözlərinə görə, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib:
 
"Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib. Hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur. Tərəfimizdən ərazidə monitorinqlər aparılır".
 
Xatırladaq ki, bu ərazidə sonuncu dəfə 2018-ci ilin oktyabrın 12-də sürüşmə baş vermişdi. Sonrakı günlərdə sürüşmə aktivləşərək, təxminən 200 metrdən artıq eni olan bir ərazini əhatə etməklə avtomobil yoluna qədər hərəkət etmişdi. Yol kənarındakı istinad divarının əksər hissəsi çökmüşdü.
 
***
Badamdarda sürüşmə olub. 
 
Maide.Az "APA"a istinadla xəbər verir ki, Badamdarda baş verən sürüşmə nəticəsində 20-ci sahəyə gedən yol bağlanıb.
 
ETSN-dən verilən xəbərə görə, sürüşmə nəticəsində köhnə sürüşmə sahəsinə aid torpaq qatının bir hissəsi uçaraq yola tökülüb. Sürüşmə sahəsinin eni 80 metrə yaxındır.
 
Qeyd edək ki, sözügedən ərazidə sonuncu sürüşmə 2018-ci ildə olub.