Ramullah şəhərində yaşayan fələstinlilər Məscidül-Əqsaya dəstək məqsədi ilə həmrəylik yürüşü keçiriblər.
Maide.az-ın Fələstinin Əl-Qüds telekanalına istinadən məlumatına görə, Ramullah şəhərində yaşayan fələstinlilər Sionist rejimin fələstinlilərin müqəddəslərinə o cümlədən Məscidül-Əqsaya etdikləri təcavüzünə eləcədə günahsız fələstinliləri törətdikləri təcavüzlərinə etiraz olaraq anti-Sionist aksiya keçiriblər.
Anti-Sionist şüarlar səsləndirən aksiyaçılar Qüdsün şərqində Qələndiya keçid yoluna doğru hərəkət ediblər. Etirazçılar səsləndirdikləri şüarlarında Sionist rejimə öz nifrətlərini nümayiş etdiriblər.
Son günlər , Sionist rejimin Məscidüləqsanı hücuma məruz etməsi və bu müqəddəs məkana hörmətsizlik etməsi , fələstinli qruplardan savayı , digər azad sevər xalqlar o cümlədən Fələstin amalına tərəfdarlıq edən xalqlar və dövlətlərin ciddi etirazına səbəb olub. /