Fələstin İslam ölkələri Səhiyyə Nazirləri Şurasına üzv seçildi

Fələstinin Səhiyyə Cavad Evad bildirib ki, Fələstin Türkiyənin İstanbul şəhərində keçirilən İslam ƏməkdaşlığıTəşkilatına üzv ölkələrin Səhiyyə Nazirləri Şurasına tamhüquqlu üzv seçilib. 
 
Maide.az xəbər verir ki, Fələstinin Səhiyyə naziri Cavad Evad dünən bildirib: Fələstinin İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Səhiyyə Nazirləri Şurasına tamhüquqlu üzv seçilməsi bu ölkəyə tamhüququn verilməsini, o cümlədən suveren bir dövlət olaraq Fələstin səhiyyə sektoruna lazımi dəstəyin göstərilməsini və Fələstinin digər ölkələr kimi səsvermə hüququ əldə etməsini təmin edir.
 
Fələstinin Səhiyyə naziri 19 noyabrda Türkiyənin İstanbul şəhərində keçirilən İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Səhiyyə Nazirlərinin V iclasında iştirak edib.
 
O, bu toplantıda işğalçı İsrail rejiminin və sionist qəsəbə sakinlərinin tibbi personala, təcili yardım avtomobillərinə və xəstəxanalara davamlı hücumlarını , eləcədə tam soyuqqanlıqla və amansızcasına xəstələri qətlə yetirmələri haqda məlumat verib. /