Fələstində Quran tilavəti, təfsiri və hifzi üzrə yarışma avqust ayında keçiriləcək. Bunu Fələstinin vəqflər və dini işlər Naziri Şeyx Yusif Edis deyib.
Maide.az xəbər verir ki, Y.Edis deyib ki, “Əl-Əqsa” milli Quran yarışmasında iştirak etmək üçün artıq qeydiyyat başlayıb.
“Əl-Əqsa” milli Quran yarışması Vəqflər və Dini İşlər Nazirliyinin təşkilatçılığı ilə Fələstinin bütün şəhər və rayonlarında keçiriləcək. Yarışmada qadınlar və kişilər müxtəlif yaş qruplarında iştirak edəcəklər. Qalib olmuş şəxlərdən 10 nəfərə hədiyyələr təqdim ediləcək. /