Fələstin müqaviməti dənizə 20 raket ataraq Təl-Əvivə xəbərdarlıq etdi - VİDEO

Fələstin Müqaviməti bu gün (1 iyul) səhər dənizə 20 raket atıb.
 
 Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Fələstin müqavimətinin bu gün səhər bir saat ərzində və səhər saat 02:30-a qədər dənizə 20 raket atdığı bildirilib.
 
Sionist radiosu 30 dəqiqədən az müddətdə 10 raketin atılması rejimin ordusuna aydın bir mesaj verdiyini qeyd edib.
 
Digər bir sionist mənbə isə, HƏMAS-ın bu dəfə belə bir raket atmasının ilk dəfə olduğunu söyləyib.
 
HƏMAS-ın hərbi qanadı olan İzzəddin Əl-Qəssamın nümayəndəsi Əbu Ubeydə keçən həftə verdiyi açıqlamasında Qərb Sahilini işğal etmək planının “müharibə elanı” olduğunu bildirmiş və sionist rejimə xəbərdarlıq etmişdi.