`Facebook`un Türkiyə ilə bağlı hesabatı

"Facebook" 2014-ci ilin ilk yarısı üçün şəffaflıq hesabatını açıqlayıb.
 
ANS PRESS-in məlumatına görə, hesabatda ən önəmli məqamlardan biri sosial şəbəkədən hökümətlərin tələbləri ilə bağlı olub. 
 
Hökumətlər bu müddət içində "Facebook"dan 34 min 946 dəfə xahiş ediblər. Əvvəlki illə müqayisədə bu rəqəm 24 faiz artıb.
 
Türkiyə hökümətinin "Facebook"dan 153 tələbi olub ki, bu tələblərin 60 faizi yerinə yetirilib. 249 istifadəçi barədə məlumat tələb edən Türkiyə 1893 statusun ləğv olunmasına nail olub. Səbəb isə Atatürkün və Türkiyənin təhqir olunması olub.
 
Hesabatda bildirilir ki, ən tələbkar hökumət Amerika Birləşmiş Ştatları olub ki, 23 min 667 istifadəçi barədə informasiya istənilib. 
 
Ən diqqət çəkən məqam isə Rusiyanın "Facebook"a heç bir sorğu göndərməməsi olub. /