Foursquare ilə Twitter birlikdə çalışacaq

Twitter sosial şəbəkəsi istifadəçilərin yerini bildirdiyi Foursquare şəbəkəsi ilə güclərini birləşdirmək istəyir.

 Bir müddətdir yer bildirişləri sahəsindəki çatışmazlıqları aradan qaldırmaq üçün işlər  görən Twitter uğur əldə edə bilməyib və çarəni Foursquare ilə birlikdə çalışmaqda tapıb.

Mövzu ilə bağlı çıxan iddialardan sonra Twitter və Foursquare sosial şəbəkələri rəsmi açıqlama etməyib. /