Fransada ölüm hökmü yenidən gündəmdə

2017-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olması gözlənilən radikal sağ partiya olan Milli Cəbhə (Front National) lideri Marinne Le Pen Fransada ölüm cəzasının yenidən tətbiqi üçün referendum keçirilməsini istəyib.
 
Maide.az xəbər verir ki, Marinne Le Pen, "Fransa torpaqlarına sızan radikal ekstremizmin qarşısının alınması və çox utancverici cinayətlərin qarşısının alınması üçün ölüm cəzası bir zərurətdir", - söyləyib.
 
Qeyd edək ki, Avrupa Birliyi üzvü olan ölkələrin heç birində ölüm cəzası icra olunmur. Fransa da ölüm hökmünü bütün cinayətlər üçün 1981-ci ildə ləğv edib.